Asiya İnkişaf Bankı: İşıq və suyun qiymətinin artımı inflyasiyanı sürətləndirəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Asiya İnkişaf Bankı: İşıq və suyun qiymətinin artımı inflyasiyanı sürətləndirəcək

Asiya İnkişaf Bankı: İşıq və suyun qiymətinin artımı inflyasiyanı sürətləndirəcək


Mərkəzi Bankın inflyasiyanı qoruya bilməməyinin səbəbləri açıqlanıb.

Məhdud maliyyə vasitəçiliyi Azərbaycan Mərkəzi Bankın inflyasiyanın qorunması imkanlarını azaldır.

Aznews.info Fins.Az-a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının saytında dərc olunan “Asian Development Outlook 2016” yenilənmiş icmalında qeyd edilir.

“2016-cı ilin iyul ayında Azərbaycanda orta illik inflyasiya 10,6%-ə çatıb. O cümlədən, ərzaq məhsullarının qiymətləri 12%, qeyri-ərzaq malları - 15,5%, xidmətlər 4,7% artıb.

Bu cür inflyasiya 2015-ci ildə milli valyutanın kəskin devalvasiyası nəticəsində davam edən effektdir. İnflyasiyanı qorumaq məqsədilə AMB cari il uçot dərəcəsini beş dəfə - 15%-dək artırıb. Lakin dərin olmayan maliyyə vasitəçiliyi AMB-nin inflyasiyanın qorunmasına dair imkanlarını məhdudlaşdırır”, - deyə hesabatda deyilir.

Sənədə əsasən, cari ilin may ayında su təchizatı tarflərinin 38% və iyulda elektik təchizatı tariflərinin 16% artımı, çox ehtimal ki, ilin ikinci yarısında inflyasiyanı sürətləndirəcək.

Baxmayaraq ki, milli valyutanın və idxal olunan malların qiymətlərinin gözlənilən stabilləşməsi 2017-ci ildə Azərbaycanda inflyasiyanı kəskin azaltmalıdır.

Mənbə: Fins.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *