BVF Azərbaycanda rekord həddə inflyasiya proqnozlaşdırır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

BVF Azərbaycanda rekord həddə inflyasiya proqnozlaşdırır

BVF Azərbaycanda rekord həddə inflyasiya proqnozlaşdırır


Manatın məzənnəsinin aşağı düşməsi Azərbaycanda inflyasiyanı yüksəldib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, bu il inflyasiyanın ikirəqəmli həddə yüksələcəyi proqnozlaşdırılır ki, bu isə son 15 ildə ən yüksək göstəricidir.

“Manatın dəyərsizləşməsi bankların balans hesablarına da təsir edib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir və yerli valyutaların məzənnələrinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik dollarlaşma səviyyəsini son günlərdə bir qədər də yüksəldib”, - deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri tövsiyə edir ki, bu ölkələrin Mərkəzi Bankları xarici valyutada olan aktivləri yerli bank sisteminə ötürsün.

“2016-cı ildə hökumət ictimai infrastruktur xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Eyni zamanda, devalvasiyanın əhalinin aztəminatlı təbəqələrinin real gəlirlərinə olan mənfi təsirlərini qismən kompensasiya etmək üçün müavinətləri artırıb”, - deyə hesabatda vurğulanıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *