Neftin qiyməti yenidən ucuzlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neftin qiyməti yenidən ucuzlaşır

Neftin qiyməti yenidən ucuzlaşır


ABŞ-da ehtiyatların artma ehtimalı neftin qiymətini aşağı salır.

Dünya bazarında neftin qiyməti ucuzlaşır.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51% ucuzlaşaraq 43,08 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,28% azalaraq 45,82 dollar olub.

Dünən səhər saatlarında Brent və WTI neftinin qiyməti bir barelə görə müvafiq olaraq 46,54 və 43,81 dollar olmuşdu.

APA-nın məlumatına görə isə, ötən gün 0,5%-lik bahalaşmadan sonra dünya bazarında təklifin yüksək olması səbəbindən neft ucuzlaşmağa başlayıb.

ABŞ-ın Energetika Nazirliyi rəsmi statistikanı açıqlayacağı bir vaxtda “Standard & Poor`s” beynəlxalq reytinq agentliyi ötən həftə bu ölkənin ehtiyatlarını 2,8 milyon barel həcmində qiymətləndirib.

“Bloomberg” agentliyi analitiklər arasında apardığı sorğuya görə, neft ehtiyatlarında yüksək, təxminən 3,1 milyon barel artım qeydə alınacaq.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *