Dünyanın ən varlı üçüncü ölkəsi 200 min əcnəbi işçi axtarır » AzNews.info -Xəbər portalı

Dünyanın ən varlı üçüncü ölkəsi 200 min əcnəbi işçi axtarır

Dünyanın ən varlı üçüncü ölkəsi 200 min əcnəbi işçi axtarır


Yaponiya 200 min əcnəbi işçi qəbul edəcək

Ölkə.Az xəbər verir ki, əhalisi sürətlə qocalan və gənc nəslin azaldığı Yaponiyada hökumət planladığı iqtisadi sıçrayışı edə bilmək üçün 200 min əcnəbi işçi qəbul etməyə hazırlaşır. Ölkədə işləmək üçün sadəcə qanuni şəkildə viza almaq lazım olacaq.

Dünyanın ən böyük üçüncü iqtisadiyyatına malik olan Yaponiyada hökumət ehtiyac duyulan sahələrdə çalışacaq və ya təcrübə keçəcək əcnəbilər üçün viza kateqoriyalarını artırmağı və viza müddətlərini uzatmağı planlaşdırır. Buna səbəb Yaponiyanın 127 milyonluq əhalisi sürətlə qocalması, əhalinin dörddə birini 65 yaşdan yuxarı insanların təşkil etməsidir. Bu nisbətin 2050-ci ildə 40%-i keçəcəyi və pensiyaçıların büdcə üzərindəki yükünün sürətlə artacağı hesablanıb.

Yaponiya baş naziri Şinzo Abenin 2012-ci ildən bu yana tətbiq etdiyi iqtisadi siyasət maliyyə təşviqi ilə iqtisadiyyatın canlandırılmasına əsaslanır. Ancaq bunun üçün də gənc işçi qüvvəsinin olması lazımdır. Abenin xüsusi müşaviri olan deputat Masahiko Şibayama 200 min əcnəbi işçinin qəbulu ilə bağlı açıqlamasında deyib:

"Əcnəbi işçi qəbulu hökumətin müəyyən etdiyi mütləq bir hədəf deyildi, lakin görünən budur ki, qlobal bazar şərtlərində biz buna məcbur qalacağıq. Daha çox əcnəbi işçi qəbul edəcəyimiz davamlı bir sistem yaratmalıyıq".

Şibayama, turizmin inkişafı ilə birlikdə, ənənəvi həyat tərzinə sıx bağlı yapon cəmiyyətinin xaricilərə qarşı dözümlülüyünün də artdığını qeyd edərək bildirib ki, yapon xalqı Yaponiyaya çox sayda əcnəbi qəbul etmək məsələsinə normal yanaşır.

Xatırladaq ki, Yaponiyada minimum aylıq əmək haqqı təqribən 2000 ABŞ dollarına bərabərdir.

Mənbə: Ölkə.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *