Mərkəzi Bank: Bu gündən uçot faiz dərəcəsi 15%-dir
Bu gündən Azərbaycanda uçot dərəcəsi 15% təşkil edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Oxu.Az-a bildirilib.
Sonuncu dəfə uçot dərəcəsi 2016-cı ilin avqust ayında nəzərdən keçirilib və 8 avqust tarixindən 7%-dən 9,5%-dək artırılıb.
“AMB-nin qərarı ilə sentyabrın 14-dən uçot dərəcəsi 9,5%-dən 15%-dək, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 15%-dən 18%-dək, aşağı həddi 4%-dən 12%-dək artırılıb”, - deyə bankdan bildirilib.
Uçot dərəcəsinin yüksəldilməsi barədə qərar antiinflyasiya tədbirləri çərçivəsində qəbul olunub. “Bu zaman tədiyyə balansı ilə bağlı vəziyyət və valyuta bazarında tendensiyalar da nəzərə alınıb”, - deyə məlumatda vurğulanır.
Mənbə:> Oxu.az