Fermerlərə 82 milyon manat ayrıldı
Azərbaycanda fermerlərə 82 milyon 372 min manat maliyyə yardımı ayrılıb.
Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, bu barədə qərar nazir müavini İlham Quliyev tərəfindən qəbul edilib.
Məlumata görə, maliyyə yardımı istehsalçıların əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə verilir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank”a və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Mənbə:> Oxu.az