Ərəblərin Azərbaycana gəlmə səbəbləri açıqlandı » AzNews.info -Xəbər portalı

Ərəblərin Azərbaycana gəlmə səbəbləri açıqlandı

Ərəblərin Azərbaycana gəlmə səbəbləri açıqlandı


Ötən illərə nisbətdə bu il körfəz ölkələrindən gələn turistlərin sayının çoxaldığına şəhər sakinləri də şahid olublar.

AzNews.info Fins.Az-a istinadən xəbər verir ki, ekspert Murad Kərimovun bildirdiyinə görə, ərəblərin ölkəmizə gəlməyinə şərait yaradan yerli turizm şirkətlərindən əlavə körfəz ölkələrinin turizm nümayəndəliklərinin Azərbaycandakı hotellərlə əlaqə saxlaması və ərəb turistləri üçün yer rezerv etməsi məsələyə müsbət təsir göstərib.

Ekspertin fikrincə, onların ölkəmizə olan maraqları isə bir neçədir. Bura hətta geyim belə daxildir. Əksər Avropa ölkələrində öz əlbisələrində rahat gəzə bilməyən turistlər ölkəmizdə bu şəraitdən asanlıqla faydalana bilirlər. Hətta bəzi ərəb turistlər vəhşi ov quşlarını da özləri ilə gətirirlər.

Eyni zamanda asan viza əldə etmək də öz sözünü deyir. Hətta İraq aviaşirkətlərinin də Azərbaycana reyslər təşkil etdiyi bildirilir.

Həmçinin ölkəmizdə olan təbii şərait, yaşıllıqlar Körfəz ölkələrindən olan turistləri bir qədər də cəlb edir. Onların əsas istiqamətləri Bakı-Quba-Qusar və Qəbələdir. İstirahət mərkəzləri kimi Şahdağ və Ləzə kəndinə üstünlük verirlər. Bakı və Bakı ətrafı turlar ərəb turistləri üçün orta hesabla 150-200 dollara başa gəlir.

Qeyd edək ki, Körfəz ölkələrindən ən çox turistlər İraq və Səudiyyə Ərabistanından gəlirlər. İraqdan gələnlər əsasən 4 ulduzlu hotellərə üstünlük versələr də, Ərəbistandan olan turistlər ən çox 5 ulduzlu hotellərdə qalmağa üstünlük verirlər.

Ekspertin sözlərinə görə, ötən illərlə müqayisədə ərəb turistlərin ölkəmizə gəlməsində 18 dəfə artım müşahidə olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, Körfəz ölkələrindən gələn turistlərin dəqiq sayı sentyabr ayının sonunda məlum olacaq.

Turizm mövsümünün bitməsi hazırda Körfəz ölkələrindən gələn turistlərin azalacağını deməyə əsas verir. Lakin azalmanın olub-olmayacağı bəlli deyil. M.Kərimovun sözlərinə görə, bu il ilk dəfə belə hal olduğundan statistik göstərici yoxdur, ona görə də onların növbəti aylarda kütləvi şəkildə gələcəkləri barədə hər hansı bir söz demək mümkün deyil.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


The generic cialis tucked running for at lawn.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *