Dollar mövqeyini əldən verir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Rəsmi

Dollar mövqeyini əldən verir

Dollar mövqeyini əldən verir


ABŞ-da məşğulluqla (aqrar sektor istisna olmaqla) bağlı sabah açıqlanacaq statistik göstəricilərdən öncə bu gün dollar avro və yapon yeninə qarşı ucuzlaşmağa başlayıb.

Oxu.Az-ın məlumatına görə, APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, qeyd edilən statistika Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsi ilə bağlı verəcəyi qərara birbaşa təsir edən amildir.

Sessiyanın açılışında dollar yenə qarşı 0,16% ucuzlaşıb. Avronun dollara nisbətən məzənnəsində ciddi volatillik yoxdur - ötən sessiyanın yekununda 1,1123 dollar olan avro hazırda 1,1149 dollaradək bahalaşıb. Avstraliya dolları isə ABŞ-ın milli valyutasına nisbətən 0,27 dollar, Kanada dolları isə 0,03% möhkəmlənib.

“Dollar və ABŞ istiqrazlarının gəlirliliyi Canet Yellenin Cekson-Houldakı açıqlamasından sonra artıb. Lakin bu mərhələ ötən gün başa çatdı. Məşğulluqla bağlı statistika açıqlananadək dollar bahalaşmayacaq”, - deyə “Barclays” bankının rəsmisi Cin Kadota bildirib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *