Neftin qiymətləri
Dünya bazarlarında neftin qiyməti açıqlanıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,01% azalaraq bir barelə görə 48,37 dollar olub.
WTI markalı neftin qiyməti isə 0,06% bahalaşaraq bir barelə görə 46,38 dollar təşkil edib.
Qeyd edək ki, bununla belə dünən Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 49,42 və 47,18 dollar olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli