“Saudi Aramco” hasilata davam edəcək
Səudiyyə Ərəbistanının Dövlət Neft Şirkəti “Saudi Aramco”nun Axtarış və Hasilat üzrə sədr müavini Al-Kahtani “Hasilata davam edirik, çünki daxili tələbatı da daxil olmaqla bütün müştərilərimizin tələbatını qarşılayırıq” deyib.
Oxu.Az xəbər verir ki, o, hasilatın dondurulması gözləntiləri ilə bağlı sualı şərh edərkən bildirib.
Konfransların birində çıxışı zamanı sədr müavini yeni hazırlanmış proqram çərçivəsində neft zavodlarında “qara qızıl” ın tutum həcminin 8 və ya 10 milyon barelə qədər artırmağı düşündüklərini qeyd edib.
Neftin gələcək illərdə enerji dünyasının ən önəmli ünsürlərindən biri olacağını deyən Kahtani, “Biz də bu mövzuda tələbləri qarşılayırıq və bundan başqa bir sıra beynəlxalq bazara da ixracat həyata keçiririk” bildirib.
O, “Saudi Aramco”nun mövcud ana hədəfinin Asiya bazarlarına çıxışın genişləndirmək olduğunu qeyd edib və deyib ki, Çin, Malayziya, Hindistan, İndoneziya ilə bu sahədə danışıqlar davam edir.
Qeyd edək ki, neftin qiymətləri dünya bazarında 45-50 dollar arasında dəyişir və OPEK-in rəsmi olmayan görüşü isə sentyabrın 26-28-də Əl-Cəzairdə baş tutacaq.
Mənbə:> Oxu.az