Banklar birtərəfli olaraq faiz dərəcəsini yüksəldirlər » AzNews.info -Xəbər portalı

Banklar birtərəfli olaraq faiz dərəcəsini yüksəldirlər – VİDEO

Banklar birtərəfli olaraq faiz dərəcəsini yüksəldirlər


Bu şərti müqavilədə gözəçarpmayan bir yerdə yerləşdirən banklar vətəndaşların diqqətsizliyindən, yaxud həmin kreditə olan ehtiyacından sui-istifadə edirlər. Ekspertlər isə bildirir ki, müqavilədə birtərəfli qaydada banklara verilən faizi yüksəltmək hüququ əslində kifayət qədər mübahisəli məsələdir və inkişaf etmiş ölkələrin praktikasında buna rast gəlinmir.

AzNews.info “Xəzər Xəbər”-ə istinadən xəbər verir ki, bankların müştərilərlə bağladıqları müqavilədə özlərinə birtərəfli qaydada faizləri yüksəltmək hüququ verən müddəa salırlar. Ekspertlər bu cür tələbin müqavilədə yer alması halında vətəndaşlara onu imzalamamağı tövsiyə edirlər.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, mübahisəli ilk məsələ odur ki, müqavilənin ana predmentini məhz faiz təşkil edir. Yəni faiz dərəcəsi xüsusi bəndlə müqavilədə əksini tapır və bu tərəflər arasında razılaşdırılır. Faiz dərəcəsinin birtərəfli qaydada razılaşdırılmaması isə məntiqsizlikdir. Bununla belə inkişaf etməkdə olan ölkələrdə banklar özlərinin maksimum sığortalamaq üçün bu tip addımlar atırlar.

Ekspertin sözlərinə görə, istənilən halda əgər müqavilədə faiz dərəcəsinin birtərəfrli artırılması əksini tapıbsa, belə bank bunu edərkən iqtisadi cəhətdən əsaslandırmalıdır. Bu zaman isə makroiqtisadi göstəricilər kimi rəsmi statistika əsas götürülə bilər. Məsələn, inflyasiyanın 2 rəqəmli həddə olması və sair. Belə bir ciddi əsaslandırma yoxdursa, bu müştəri ilə məsələni məhkəmə müstəvisinə keçirməyə tam imkan verir.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *