Yavuz Sultan Selim körpüsündən nəqliyyat vasitələrinin keçidi başlayıb
Körpüdən keçid avqustun 31-dək ödənişsiz olacaq.
İstanbul boğazının üçüncü və dünyanın ən geniş körpüsü olan Yavuz Sultan Selim körpüsündən nəqliyyat vasitələrinin keçidi başlayıb.
Oxu.Az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, xanımı Semiha Yıldırım və fərqli ölkələrin liderləri iştirak ediblər.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan körpünün açılış mərasimində onun avqustun 31-dək ödənişsiz olacağını deyib.
Mənbə:> Oxu.Az