Ərdoğan getdi – FOTO
Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya təşrif gətirən Türkiyə prezidenti ölkəsinə geri qayıdıb. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məumat yayıb.
Prezident və onu müşayiət edən nümayəndə heyətinin təyyarəsi Heydər Əliyev hava limanından havaya qalxıb.
R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyata, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edir.
Xatırladaq ki, dövlət başçıları ötən gün Bakıda keçirilən və bütün dünyanın heyrətlə izlədiyi Avropa Oyunlarının açılış mərasiminə qatılıb.
Bu gün səhər saatlarında Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Liderlər ötən günki açılış mərasimi haqqında fikirlərini bildiriblər.
Belarus prezidenti Aleksand Lukaşenko da geri - Vətəninə qayıdıb.
Mənbə:> ANSPRESS