Neftin qiymətləri
Qiymətlər aprel ayından bu yana son dörd günlük yüksəlişdən sonra azalmağa başlayıb.
Dünya bazarlarında neftin qiyməti cüzi ucuzlaşıb.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, saat 09:00-a olan məlumata əsasən, Brent markalı neftin qiyməti 0,40% ucuzlaşaraq bir barelə görə 49,65 dollar olub.
WTI markalı neftin qiyməti də bu vaxta 0,13% azalaraq bir barelə görə 46,73 dollar təşkil edib.
Bununla belə, xam neftin qiymətləri son üç gün ərzində 10%, ayın əvvəlindən isə 16% dəyər qazanıb.
Mənbə:> Oxu.az