Neftin son qiymətləri
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,23 dollar azalaraq 49,09 dollar olub.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar ucuzlaşaraq 49,17 dollar təşkil edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli