Krediti ödəyə bilməyənlər diqqətli olun » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Krediti ödəyə bilməyənlər diqqətli olun

Krediti ödəyə bilməyənlər diqqətli olun


Hər bir iqtisadiyyatda kredit öhdəliyinin yerinə yetirilməməsi hər iki tərəf üçün mənfi nəticələr doğurur. İlk növbədə borc verən öz vəsaitini geri ala bilmədiyi üçün fəaliyyətində ləngimələr olur və likvid çatışmazlığı ilə üzləşir. Borc alan üçün isə bu daha ağır nəticələrə səbəb ola bilər.

Aznews.info BBN.az-a istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının “Kredit İşi və Risk” Ekspert Qrupunun bu məsələyə münasibətini öyrəndik və bu öhdəliyin yerinə yetirilməməsinin doğuracağı nəticələri sizə təqdim edirik.

Kredit öhdəliyinin yerinə yetirilməməsinin 4 mənfi nəticəsi:

- Müştərinin kredit tarixçəsi korlanır və bunun nəticəsi olaraq gələcəkdə müştərinin təkrarən etdiyi kredit müraciətlərinə banklar imtina edə bilər. Bu isə öz növbəsində müştərinin gələcəkdə güzəştli şərtlərlə kredit götürmək imkanlarının məhdudlaşmasına, eləcə də maliyyə və yüksək şəxsi keyfiyyətlərinin təsdiqi olan və illərlə əldə etdikləri müsbət kredit tarixçəsinin birdəfəlik korlanılmasına gətirib çıxarır.

- Kredit ödənişindən yayınma nəinki kredit faizlərinin hesablanmasını dayandırmır, əksinə, əlavə olaraq cərimə və digər öhdəliklər yaradır. Qeyd edək ki, faizlərin və cərimələrin hesablanılması kredit öhdəliklərinin tam yerinə yetirilməsinədək davam edir, bundan əlavə, borc məhkəmə qaydasında tələb edildikdə və tutulduqda, borclu, məhkəməyə müraciət edilməsi ilə əlaqədar olan xərcləri (dövlət rüsumu, hüquqi xidmət haqqı və s.) də ödəməli olur.

Halbuki kreditin gecikmədən çıxmasında maraqlı olan banklar bütün mümkün güzəştlərə gedərək müştərinin xərclərinin nəinki artmamasına, əksinə azalmasına səbəb olan qərarlar verir.

- Kredit öhdəliyinin yerinə yetirilməməsi ödəniş imkanının olmaması səbəbindən baş vermirsə, o zaman məhkəmə və icra orqanları vasitəsilə mülki qaydada müştərinin və zaminlərin mülkiyyətində olan daşınar və daşınmaz əmlaklarına, rəsmi gəlirlərinə həbs qoyularaq tutma yönəldilə, həmçinin müştərinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Nəzərə almaq lazımdır ki, bu məsələdə məhkəmə qərarı 30 il müddətində qüvvədədir.

Yəni, hal-hazırda müştəri və ya zaminin mülkiyyətində olan hər hansı bir əmlak və ya rəsmi gəlir yoxdursa, bu, qərarın təsirini itirmir və 30 il ərzində yuxarda sadalananlardan hər hansı birinə malik olduqda həbs qoyulub tutma yönəldilə bilər. Hətta borclu və ya zamin vəfat etsə belə, borcu qaytarmaq öhdəliyi onun varisinə keçir.

- Kredit öhdəliyinin yerinə yetirilməməsi ödəniş imkanının olmaması səbəbindən baş verirsə, bu halda cinayət məsuliyyəti, əlbəttə ki, nəzərdə tutulmur, lakin əgər məhkəmə prosesində müxtəlif dəlillər əsasında bankın təklif etdiyi şərtlərlə müştərinin ödəniş edə biləcəyi, lakin qəsdən yayınması sübuta yetirilərsə, bu zaman qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməməyə görə AR Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulan məsuliyyət yarana və müvafiq sanksiyalar tətbiq oluna bilər.

Qeyd olunanları nəzərə alaraq, müştərilər banklarla danışıqlara getməkdən, ödəniş məbləğini ödəniş imkanlarına uyğunlaşdırmaq üçün müraciət etməkdən çəkinməməlidir. Banklar müştərilərin vəziyyətini başa düşür və mümkün olan bütün güzəştlərə gedərək ödəniş intizamının pozulmamasına, habelə artıq ödəniş intizamı pozulmuş kreditlərin bərpasına çalışır.

Unutmayaq ki, güzəştə getməmək hər iki tərəf üçün əlavə xərclərini yaranmasına və iş yükünün lüzumsuz artmasına səbəb olur.

Mənbə: BBN.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 4 mart 2017 10:14
  • Yazan: annlike
Pour la production de sacs en cuir sont: vachette, peau de mouton, peau de serpent, crocodile, autruche, peau de lézard, il y a plusieurs peau particulière est pas commun, tels que la peau de python, de la peau de l'esturgeon, le cuir de kangourou, de cheval daim, Hermes très utilisé. Nous avons un exemple d'Hermès. Pourquoi Hermes?
Hermes Hermes est un grand facteur de réussite est en cuir, cuir meilleurs fournisseurs mondiaux seront replique sac la première à droite en cuir rond de premier refus à Hermès, puis se tourner vers d'autres marques. Hermes en cuir consacré enthousiasme sincère, une variété d'exiger la sélection, est dit en cuir Hermes utilisé seulement Toutes les bonnes cuir 10%.
marché du cuir de vache dans le monde occupent 2/3 du "taureau" rugueuse texture de cuir extérieur et résistant fait avec une haute disponibilité, mais parce que les différentes espèces dans le monde entier, la valeur du cuir, mais différent. Grand cuir granules corticaux, texturés, similaire au cuir gaufré, et avec un long temps sera doux, type de paquet va s'effondrer, mais très bons soins, facile à rayer. France et Italie top cuir, peaux brutes tirées de la surface entière du Bétail, stock taureau, vache ventre, encorbellements différentes, plus petit veau de grain de la surface, replique Chanel sac
parce que les indicateurs provenant de différentes parties du corps de la vache est différent. Par exemple, il y aura des bandes verticales apparaissent sur les veines jugulaires bovine, la tension aux bovins mieux les bovins au ventre mou.

Today, Oaklei Global has cheap oakley uk more than 600 patents and 800 registered trademarks, and Oakley sunglasses all the series. Brand characteristics: in the glasses of cheap oakley sunglasses its comfort, practicality, artistic integration of one. Whether it is product design or selection of materials, the concept of glasses products subversion. Have been through a series of advanced scientific experiments and testing to ensure that it is comfortable and high quality, and a high degree of integration of functionality and fashion. Fashion features oakley fashion is fascinated by innovation, simply said. The passion for combating all the rules, the passion for science and technology innovation, and the stringent technical requirements of the technology and make it very persistent. Oakley has a unique set of science, art, not to submit to the traditional cultural challenges of cultural heritage. Because the use of high technology so that it has repeatedly beyond the limit, Oakley first with its most prestigious senior sunglasses series to replica oakley sunglasses show me this extraordinary enthusiasm.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *