Manatla kredit bərpa olundu – VİDEO
Kreditin müddəti 3-24 ay, məbləği isə 300-5000 manat arası müəyyən olunur.
Banklar krediti bərpa etdi. Ancaq şərtlər sərtləşdirilib, müştərinin minimal stajı, maaşı və yaş qrupları məhdudlaşdırılıb. Qısacası hər müraciət edənə kredit verilməyəcək. Ekspertlər hesab edirlər ki, bu proses ölkədə problemli kreditlərinin azalmasına səbəb olacaq.
Banklar krediti bərpa edib, ancaq müəyyən məhdudiyyətlərlə. Banklar Assosiasiyasından verilən məlumata görə, bir sıra banklar prosesə başlasa da qalanları bunu tədricən edəcək. Amma, əvvəlki dövrlərə baxanda, indi kredit almaq daha çətin olacaq.
Çünki Maliyyə Bazarına Nəzarət Palatasının tələblərinə uyğun olaraq kreditlərin verilməsi ilə bağlı bəzi məhdudiyyətlər var. Bundan sonra krediti yalnız 20 yaşdan yuxarı və yaşı 60 - dan aşağı olan şəxslər ala biləcəklər. Halbuki əvvəllər maksimum hədd 71 yaş idi.
İlk dəfə kredit almaq üçün müştərinin axırıncı iş yerində stajı, əvvəlki kimi 6 ay deyil, minimum 1 il olmalıdır. Təkrar müştərilər üçün isə yaş həddi 20-65 - dir, özü də kreditin qaytarılması tarixi yuxarı hədd ilə üst üstə düşməlidir. Bu şəxslərin son iş yerində minimal iş stajı isə 6 ay ola bilər. Hər iki halda minimal əmək haqqı 410 AZN təşkil etməlidir.
Kreditin müddəti 3-24 ay, məbləği isə 300-5000 manat arası müəyyən olunur.
Oxu.Az “Xəzər Xəbər”ə mövzu ilə bağlı videomaterialı təqdim edir:
Mənbə:> Oxu.Az