Valyuta hərracında dollara tələbat rekord həddə çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Valyuta hərracında dollara tələbat rekord həddə çatıb

Valyuta hərracında dollara tələbat rekord həddə çatıb


Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb və 29 banka satılıb.

Bu barədə Oxu.Az-a Fonddan bildirilib.

İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, bu gün SOFAZ-ın keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə - 600 milyon ABŞ dollarından çox olub.

“Report”un analitik qrupu hesab edir ki, tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 milyon dollara qədər artırılacağı gözlənilir:

“Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *