Neft Fondu banklara 50 milyon dollar satdı
Növbəti valyuta hərracı keçirilib.
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 27 banka satılıb.
Bu barədə SOFAZ-dan Oxu.Az-a bildirilib.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Mənbə:> Oxu.az