Valyuta hərracında iştirak edən bankların sayı azalıb
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
SOFAZ-dan Oxu.Az-a verilən məlumata görə, vəsait 26 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd edək ki, iyulun 19-da keçirilən valyuta hərracında 28 bank iştirak edib.
Mənbə:> Oxu.az