Fonddan borclu müştərilərə XƏBƏRDARLIQ » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Fonddan borclu müştərilərə XƏBƏRDARLIQ

Fonddan borclu müştərilərə XƏBƏRDARLIQ



Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Fonddan Oxu.Az-a verilən məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Zaminbank”, ”Kredobank”, “Parabank” və “Dekabank” məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu bu ilin iyulun 25-dən bu bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş banklar qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

“Ləğv prosesində olan banklara borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir”, - deyə məlumatda vurğulanıb.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Fondun ünvanı: Bakı şəhəri, Bülbül prospekti 40, 4-cü mərtəbə
Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93
Qaynar xətt: 941

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *