Neftimizin qiyməti iki dollara yaxın artıb
Azərbaycan neftinin qiyməti bahalaşır.
Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,6 dollar və ya 3,56% artaraq 46,48 dollar təşkil edib.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.Az