İpoteka kreditləşməsində 50 dəfədən çox azalma » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İpoteka kreditləşməsində 50 dəfədən çox azalma

İpoteka kreditləşməsində 50 dəfədən çox azalma


May və iyun aylarında ipoteka kreditləri verilməyib.

2016-cı ilin birinci yarısında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 1,1 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 51,4 dəfə azdır.

Oxu.Az “İnterfax Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

May ayında olduğu kimi, iyun ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib. Yanvar-iyun aylarında AİF 28,5 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 24,6%).

İlin birinci yarısında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 23,1 milyon manat alıb. AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib.

Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir. Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir.

Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti veriblər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *