Türkiyə Azərbaycana nisbətən Rusiya və İrandan daha çox təbii qaz alıb
May ayında ölkənin ümumi təbii qaz idxalı 3 milyard 215 milyon kubmetr olub.
Türkiyənin təbii qaz idxalı cari ilin may ayında 3,5% azalaraq 3 milyard 215 milyon kubmetrə düşüb.
Oxu.Az xəbər verir ki, Enerji Bazarı Tənzimləmə Qurumunun hesabatına görə, Türkiyənin ötən ilin may ayında 3 milyard 332 milyon kubmetr olan təbii qaz idxalı bu ilin eyni ayında 3,5% azalaraq 3 milyard 215 milyon kubmetr olub.
Ümumi idxalın 2 milyard 890 milyon kubmetri boru kəmərləri ilə, 325 milyon kubmetri isə LNG qurğuları vasitəsilə edilib.
İdxal olunan ümumi təbii qazın 1 milyard 896 milyon kubmetri Rusiyadan, 518 milyon kubmetri İrandan, 475 milyon kubmetri isə Azərbaycandan olub.
Mənbə:> Oxu.az