Neftin qiyməti ilə bağlı son vəziyyət
ABŞ-ın neft istehsalçılarının hasilatı dörd həftədir artırmasından sonra, “qara qızıl” ın qiyməti son iki ayın ən aşağı səviyyəsinə enib.
Dünya birjalarında neftin qiymətləri ucuzlaşmaqdadır.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26% ucuzlaşaraq bir barelə görə 45,57 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27% azalaraq 44,07 dollar təşkil edib.
Qeyd edək ki, “qara qızıl”ın qiyməti iyul ayı başlayandan bu yana 44-52 dollar arasında satılıb.
Mənbə:> Oxu.az