Neftin qiyməti bahalaşır
Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26 dollar bahalaşaraq bir barrelə görə 49,06 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə 0,27 dollar artaraq 47,70 dollar təşkil edib.
Qeyd edək ki, neftin qiymətinin bahalaşmasına səbəb ABŞ-da qara qızılın ehtiyatlarının 6,7 mln. barrelədək azalması olub. Bazar iştirakçıları hesab edirlər ki, neft ehtiyatları bu səviyyədən də aşağı düşəcək.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli