Ukrayna “Eurovision” üçün meydançanın olmadığını bəyan edib
Ukraynada “Eurovision-2017”-nin keçirilməsi üçün uyğun olan zal yoxdur.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu etirafı “5-ci kanal”ın efirində ölkənin mədəniyyət naziri Yevgeni Nişuk edib.
“Bizdə praktiki olaraq belə arena yoxdur”, - Y.Nişuk deyib.
Nazir qeyd edib ki, Kiyevdə Olimpiya stadionun üzəri müvəqqəti qapansa belə, oradan ağır qurğuların asılmasına imkan verməyəcək. Bununla əlaqədar o, Lvov və ya Kiyevdə Dneprin sahilində yeni arenanın tikintisi imkanını ehtimal edib.
“Əslində arena hər şəhər üçün lazımdır, əsasən də Kiyevə, bizim böyük forumların, konqres, teatr performansı üçün müvafiq arenamız yoxdur”, - Nişuk izah edib.
Mənbə:> Oxu.Az