Xarici şirkətlərdən biri Azərbaycanı tərk edir
Belçikanın “PPG Coatings SPRL/BVBA” şirkətinin Azərbaycandakı filialı ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Vergilər” qəzeti məlumat yayıb.
Qeyd edək ki, “PPG Coatings SPRL/BVBA” şirkəti örtüklər, optik və xüsusi materiallar, şüşə məhsullarının istehsalı və yayımı sahəsində fəaliyyət göstərir.
Şirkətin baş ofisi Brüsseldə (Belçika) yerləşir.
Mənbə:> Oxu.Az