Rövnəq Abdullayev neftin gələcək qiymətini açıqlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Rövnəq Abdullayev neftin gələcək qiymətini açıqlayıb

Rövnəq Abdullayev neftin gələcək qiymətini açıqlayıb

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Neftin qiymətində artım dinamikası müşahidə olunur. Qiymətlərin hətta 50 dollar olduğu halda belə, bu, investisiyayönümlü qiymət deyil.

Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar”, - deyə R.Abdullayev bildirib.

Dövlət şirkətinin rəhbəri əlavə edib ki, neftin 1 barelinin investisiyayönümlü qiyməti 60-70 dollardır.

“Mənim proqnozuma görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Lakin neft sənayesinə böyük investisiyaların yatırılması üçün bu da kifayət deyil”, - deyə R.Abdullayev qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *