Rövnəq Abdullayev: Neftin qiyməti 75 dollaradək artacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Rövnəq Abdullayev: Neftin qiyməti 75 dollaradək artacaq

Rövnəq Abdullayev: Neftin qiyməti 75 dollaradək artacaq


Neftin qiyməti iqtisadi amillərdən daha çox siyasi amillərdən asılıdır. Elə bir səviyyə var ki, neftin qiyməti ondan aşağı düşə bilməz.

AzNews.info APA-Economics-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidentinin sözlərinə görə, neftin maya dəyərinin 60 dollardan aşağı düşməsi bu sahədəki işlərin 50%-ə qədərinin dayandırılmasına səbəb olub.

“Neftin qiymətinin bundan aşağı düşməsi bazarda böyük problemlər yaradır. Bu gün SOCAR-ın neft hasilatı maya dəyərindən aşağıdır. Buna görə, baş verənlər bizə o qədər də təsir etmir”.

R. Abdullayev "qara qızıl"ın qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb. SOCAR prezidentinin gözləntilərinə görə, qarşıdakı 1-2 il ərzində neftin qiyməti 65-75 dollar arasında dəyişəcək.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *