Azərbaycan 300 milyon dollarlıq layihəyə imza atacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan 300 milyon dollarlıq layihəyə imza atacaq

Azərbaycan 300 milyon dollarlıq layihəyə imza atacaq


Azərbaycan Xəzər dənizi akvatoriyasında ən iri külək elektrik stansiyası inşa edəcək.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, layihənin dəyəri 300-330 milyon dollardır.

Dövlət Agentliyinin sədri bildirib ki, Xəzər dənizi akvatoriyası külək enerjisi stansiyalarının tikintisi baxımından böyük potensiala malikdir.

Stansiyanın qurulması ilə xarici şirkətlərin iştirakı ilə SOCAR məşğul olacaq.

“Artıq layihəyə Çin, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya şirkətləri maraq göstərir”, - deyə A.Bədəlov qeyd edib.

Onun sözlərinə görə, layihənin tikintisi üç mərhələdən ibarət olacaq:

“Stansiyanın obyektlərinin tikintisi, su üzərində yolun inşası, həmçinin platformanın qurulması və elektrik şəbəkəsinin paylanılması işləri aparılacaq.

Planlaşdırılır ki, müasir külək parkı regionun turizm sahəsinin inkişafına öz töhfəsini verəcək. İlkin hesablamalara görə, layihə 10 il ərzində özünü doğruldacaq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *