Azərbaycanda yeni külək elektrik stansiyası işə salınır
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) "Yeni Yaşma" külək elektrik stansiyasını bu il avqustun əvvəlində tam gücü ilə işə salınmasını planlaşdırır.
AzNews.info xəbər verir ki, bunu Trend-ə ABEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.
Onun sözlərinə əsasən, hazırda elektrik stansiyasının 20 turbinindən 14-ü test sınaqlarından keçib və ümumi enerji sisteminə qoşulub: "Turbinlərin sınaqdan keçirilməsi prosesi və bizə təhvil verilməsi ilə almaniyalı mütəxəssislər məşğul olur. Ayın sonuna bütün 20 turbin istifadəyə hazır olacaq və sistemə qoşulacaq. Bununla da avqustun əvvəlində stansiya tam gücü ilə işləməyə hazır olacaq".
Qeyd edək ki, istehsal gücü 50 meqavat olan "Yeni Yaşma" külək elektrik stansiyası Xızı rayonunda yerləşir.
Mənbə:> Trend