Ekspert: FED-in qərarının manata birbaşa təsiri yoxdur
“ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarının Azərbaycanın milli valyutasına birbaşa təsiri yoxdur”.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev “Banklarda nə baş verir?” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
“İyul və sentyabr aylarında FED-in növbəti iclasları keçiriləcək. Bu iclaslarda uçot faiz dərəcəsinin artırılıb və ya artırılmaması ilə bağlı qərar qəbul ediləcək.
FED uçot faiz dərəcəsini qaldırsa, çox güman ki, dollar bahalaşacaq, neft ucuzlaşacaq, amma manatın məzənnəsində ciddi ucuzlaşma gözlənilmir”, - deyə S.Əliyev qeyd edib.
Mənbə:> Oxu.Az