FED uçot dərəcəsini dəyişmədi
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası bu gün yekunlaşıb.
Oxu.Az xəbər verir ki, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb.
Mənbə:> Oxu.Az