“Forbes” dünyanın ən çox qazanan idmançılarının adlarını açıqladı – FOTO
Madridin “Real” komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu – lider futbolçudur.
Amerikanın işgüzar jurnalı “Forbes”in versiyasına görə, o, ən yüksək gəlirli idmançıların illik reytinqində birinci yerdədir.
Oxu.Az xəbər verir ki, nəşr 31 yaşlı futbolçunun son 12 ay üçün gəlirini 88 milyon dollar dəyərində qiymətləndirir. “Real” ilə müqavilə Ronalduya 56 milyon dollar, sponsor müqavilələri isə 32 milyon dollar gəlir gətirib.
Reytinqdə ikinci yeri “Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messi tutur (81,4 milyon dollar). Ən yüksək gəlirli idmançıların üçlüyündə son yerdə “Klivlend Kavalers” komandasının basketbolçusu Lebron Ceyms tutur (77,2 milyon dollar).
İdmançıların top - 10 reytinqi:
1. Kriştianu Ronaldu (futbol) – 88 milyon dollar
2. Lionel Messi (futbol) – 81,4 milyon dollar
3. Lebron Ceyms (basketbol) – 77,2 milyon dollar
4. Rocer Federer (tennis) – 67,8 milyon dollar
5. Kevin Dürant (basketbol) – 56,2 milyon dollar
6. Novak Cokoviç (tennis) – 55,8 milyon dollar
7. Kem Nyuton (amerika futbolu) – 53,1 milyon dollar
8. Fil Mikelson (qolf) – 52,9 milyon dollar
9.Cordan Spayet (qolf) – 52,8 milyon dollar
10. Kobi Brayant (basketbol) – 50 milyon dollar
Mənbə:> Oxu.Az