Rusiya Türkiyə meyvə və tərəvəzindən tam imtina etməyəcək
Rusiya Türkiyədən meyvə və tərəvəz idxalına tam qadağa qoymaq niyyətində deyil.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Kənd Təsərrüfatı Məhsullarına Federal Nəzarət Xidmətinin rəisi Sergey Dankvert bəyan edib.
“Biz qabağımıza belə bir məqsəd qoymamışdıq. Lakin fitosanitar cəhətdən hər hansı təhlükə üzə çıxsa, təbii ki, bu yoxlanılacaq. Biz özümüz Türkiyəyə xeyli məhsul göndəririk. Yeni-yeni məhdudiyyətlər nəyə lazım? Biz işləməliyik”, deyə S.Dankvert bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə Rusiyaya limon və qreypfrut daxil olmaqla, bir neçə meyvə və tərəvəz məhsulu idxal edir.
Mənbə:> APA