Neft rekord həddə bahalaşdı
Dolların zəifləməsi fonunda neftin qiymətlərində artım müşahidə edilir.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Brent markalı neftin bir barelinin qiyməti ötən ilin oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötərək, 51,24 dollar təşkil edib.
Bundan başqa, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib.
Mənbə:> Oxu.Az