Cahangir Əsgərov: Azərbaycan təyyarə istehsal edəcək
Azərbaycan Ukrayna ilə aviasiya sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bildirib.
Onun sözlərinə görə, tərəflər “An-178” tipli təyyarələrin birgə istehsalının nəzərdə tutan planın üzərində işləyir. Təyyarələrin yükgötürmə qabiliyyəti 18 ton olacağı planlaşdırılır.
“Hazırda bu məsələyə Azərbaycan hökuməti tərəfindən baxılır. Hökumətimiz adından yalnız onu deyə bilərəm ki, biz “An-178” tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasının tərəfdarıyıq. Biz ümid edirik ki, 2018-ci ilin ortalarında artıq Azərbaycanda ilk “An-178” tipli təyyarənin istehsalı üçün hər şey hazır olacaq”, - deyə C. Əsgərov qeyd edib.
Öz növbəsində Ukraynanın “Antonov” müəssisəsinin prezidenti Mixail Qvozdev deyib ki, əməkdaşlığın genişləndirilməsi “An-178”-in istehsal texnologiyasının Azərbaycana satılmasını nəzərdə tutmur:
“Söhbət kooperativ istehsalatdan gedir. Azərbaycan ərazisində təyyarənin istehsalının sırf yekun stadiyası həyata keçiriləcək”.
Mənbə:> APA