Azərbaycan suvarma sistemlərini təkmilləşdirəcək
Kənd Təsərrüfatı Nazirliyi ölkədə suvarma sistemlərinin təkmilləşdirilməsinə dair xüsusi təkliflər hazırlayır.
AzNews.info Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazir bildirib ki, hazırda müvafiq qurumların iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi təkliflər layihəsi üzərində işləyir.
"Deyə bilərəm ki, suvarma avadanlıqlarının alınması və quraşdırılmasında radikal addımların atılması planlaşdırılır", - deyə H.Əsədov bildirib.
Mənbə:> Report.az