Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi azalıb

Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi azalıb


ABŞ-da məşğulluqla bağlı açıqlanan statistikadan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunda keçiriləcək iclasında uçot dərəcəsinin artırılmaması ilə bağlı investorların narahatlığına son qoyulub ki, bu da öz növbəsində Rusiya və MDB ölkələrinin suveren istiqrazlarının gəlirliliyinə təsir edib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi 7 bənd azalıb.

SOCAR-ın buraxdığı istiqrazların gəlirliliyi 14-17 bənd, “Cənub Qaz Dəhlizi” QSC-nin buraxdığı qiymətli kağızların gəlirliliyi isə 13 bənd azalıb.

Xatırladaq ki, ötən həftənin cümə günü açıqlanan rəsmi statistikaya əsasən, mayda ABŞ iqtisadiyyatında (aqrar sektoru nəzərə almasaq) 38 min yeni iş yeri açılıb.

Halbuki, proqnozlar 164 min yeni iş yerinin açılması üzərində qurulmuşdu. Bu, 5,5 illik antirekorddur.

Sözügedən statistika açıqlanandan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunun 14-15-də baş tutacaq iclasında uçot dərəcəsinin artırılması ehtimalı az qala heçə enib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *