Horadizdə tikiş fabriki açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz tikiş fabrikinin açılışında iştirak edib.
ANS PRESS-in məlumatına görə, dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.
Müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır. Bu fabrikdə ilkin dövrdə məktəbli formalarının və hərbçi geyimlərinin istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək. Təxmini hesablamalara görə müəssisənin ilkin mərhələdə illik dövriyyəsi 2 milyon manat təşkil edəcək. Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət mərkəzindədir.
Bütün bunlar bir daha Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasətin artıq uğurlu nəticələr verdiyini təsdiqləyir.
Bu, bir reallığı da nümayiş etdirir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı tədricən aradan qaldırılır və yeni istehsal sahələrinin yaradılması ilə ölkəmizin iqtisadi qüdrəti daha da möhkəmləndirilir.
Mənbə:> ANSPRESS