Nazir: Bu il bolluq olacaq
Biz cari ildə keçən ilə nisbətən bir neçə faiz artım gözləyirik.
Oxu.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cari ildə fövqəladə hadisələr baş verməzsə, “bu il biz daha çox məhsul əldə edəcəyik”:
“Bunun üçün biz biçinə hazırıq. Dislokasiya hazırdır, kombaynlarımız tam təmin olunub. Aqrolizinqin (“Aqrolizinq” ASC - red) bütün heyəti artıq yerlərdədir, nəzarət sistemi qurulub. Sadəcə o günü gözləyirik ki, biz prosesə başlayaq”.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli