Bakıda “CaspianAgro 2016” sərgisi keçirilir
Bu gün Bakıda “CaspianAgro 2016” sərgisi keçirilir
Oxu.Az xəbər verir ki, “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edir.
Bu ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, BƏƏ, Rusiya, Çexiya və digər ölkələr var.
Bu il kənd təsərrüfatı sektorunun müxtəlif sahələri üzrə məhsulların geniş çeşidini təqdim edən İtalyan şirkətləri böyük fəallıq göstərirlər. İştirakçıların 30%-i daha əvvəl sərgidə iştirak etməmiş şirkətlərdir.
Bu şirkətlərin yarısını isə ölkənin kənd təsərrüfatı bazarının inkişafı istiqamətində ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsəd ilə sərgidə özünə tərəfdaş axtaran yerli istehsalçılar təşkil edir.
Qeyd edək ki, sərgi mayın 21-dək davam edəcək.
Mənbə:> Oxu.Az