Bank kreditlərinin azalması ÜDM-in azalmasına səbəb olub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bank kreditlərinin azalması ÜDM-in azalmasına səbəb olub

Bank kreditlərinin azalması ÜDM-in azalmasına səbəb olub


Bu ilin ilk üç ayında Azərbaycana idxal olunan malların həcmi ötən ilin uyğun ayları ilə müqayisədə təxminən 25 faiz azalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi statistik göstəricilərdə bildirilir. Statistikaya görə, 2016-cı ilin yanvar-mart aylarında ölkəyə 1 milyard 825 milyon dollarlıq mal idxal edilib. 2015-ci ilin yanvar-mart aylarında isə Azərbaycana xaricdən idxal 2 milyard 428 milyon dollar təşkil etmişdi.

2015-ci ilin idxalına nəzər saldıqda ölkəyə gətirilən malların 70 faizindən çoxunun xalq istehlak malları olduğunu görmək olar. İdxal siyahısında ərzaq, əczaçılıq malları, avtomobil və mebel, həmçinin bir sıra tikinti materialları gəlir. 2016-cı ilin ilk üç ayında həmin məhsulların idxalının 25 faiz azalması ölkənin bir sıra sektorlarında - tikintidə, ticarətdə və s.-də iş fəallığının 25 faiz azalması deməkdir.

İqtisad Universitetinin professoru Elşad Məmmədov ANS PRESS-ə müsahibəsində 2016-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatının bir sıra sektorlarında müşahidə edilən fəallıq azalmasını ölkədə həyata keçirilən sərt monetar siyasətlə əlaqələndirir: «Maliyyə Nazirliyi və Mərkəzi Bank, eləcə də yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası əsas diqqəti pul kütləsini azaltmağa yönəldib ki, milli valyutanın məzənnəsi qorunsun. Ölkədə kredit verilməsinin dayandırılması da bu məqsədə xidmət edir».

Məsələ bundadır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bir qədər əvvəl kommersiya bankları tərəfindən dollar kreditləri verilməsini dayandırıb. Amma banklar, ümumiyyətlə, kredit verilməsini dayandırıblar. ANS PRESS-in müraciət etdiyi əksər banklar manatla da krediti dayandırdıqlarını bildiriblər. Kreditlərin dayandırılması isə ölkədə son bir neçə ayda azalmaqda olan toplam kredit qoyuluşlarının daha da azalması ilə nəticələnəcək. Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin dekabr ayından başlayaraq ölkə üzrə toplam kredit qoyuluşları azalmağa başlayıb.

Elşad Məmmədovun sözlərinə görə, ölkə üzrə toplam kredit qoyuluşlarının azalması son nəticədə ölkədə iş fəallığının azalması deməkdir: «2016-cı ilin birinci rübündə ölkə üzrə ümumi daxili məhsul (ÜDM) 2015-ci ilin uyğun aylarına nisbətən 3,5 faiz azalıb. Ölkədən xaricə ümumi ixracat isə 47 faizdən çox azalıb. Düzdür, bu məsələdə əsas rol neft ixracatının payına düşüb - dünya bazarında qiymətlər düşüb. Amma qeyri-neft sektorunun bir sıra məhsullarının ixracatında da azalma müşahidə edilib».

DGK-nın statistikasına görə, 2016-cı ilin birinci rübündə Azərbaycandan çay ixracatı 2015-ci ilin birinci rübünə baxanda 70%, yağ ixracatı 90%, şəkər ixracatı 75%, spirtli içkilər ixracatı 50%, kimya sənayesi məhsullarının ixracatı 87% azalıb.

"Uyğun olaraq bu məhsulların istehsal edildiyi sahələrdə də iş yerləri bağlanıb. Təxminən 50 min iş yerinin bağlandığı bildirilir. Bu, nonsensdir. Adətən, devalvasiyadan sonra iş yerləri açılır və ixracat artır. Amma bizdə bu, sənayenin məhv edilməsi ilə nəticələnir", - deyə Elşad Məmmədov vurğulayır.

Professorun fikrincə, bu problemin qarşısını almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarının xətti ilə istehsal sahələrinə kreditlərin yönəldilməsini təşkil etməlidir: "Kreditlər aqrar sektora və turizmə yönəldilməlidir. Ölkəyə gətirilən ərzağı əvəzləyən məhsulların istehsalı təşkil edilməlidir. Bu yolla bəzi ərzaqların ixracatının təşkili də mümkündür. Həmçinin daha aşağı büdcəli turistlərin cəlbi üçün hostel tipli obyektlərin tikintisi maliyyələşdirilməlidir".

Əslində, Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi məhsullara istehlak kreditlərinin verilməsini də bərpa edə bilər. Məsələn, yerli istehsal avtomobillərinə dövlət vəsaitləri hesabına istehlak kreditləri verilməsi təşkil edilə bilər. Rusiya və Almaniyada bunun uğurlu örnəkləri var. Sözügedən ölkələrdə bu təcrübə yerli avtomobil istehsalına dəstək olub. Azərbaycan da bu üsulla yerli mebel, xalı, məişət texnikası, avtomobil istehsalına dəstək ola bilər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *