Mərkəzi Bank xüsusi təyinatlı avtomobillər alır » AzNews.info -Xəbər portalı

Mərkəzi Bank xüsusi təyinatlı avtomobillər alır

Mərkəzi Bank xüsusi təyinatlı avtomobillər alır


Mərkəzi Bank xüsusi təyinatlı avtomobillər alır.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd pul və qiymətlilərin daşınması üçün 2 ədəd inkassasiya və 2 ədəd təhlükəsizlik avtomobillərinin satın alınması ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 01 iyun 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 32) keçiriləcək.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasından Tenderin əsas şərtlər toplusunu əldə edə bilər (Azərbaycan və ya ingilis dillərində).

Tender üzrə əlaqələndirici şəxs: S.Ələkbərov, telefon: +994 12 493 11 22 (361), faks: 4937374, elektron poçt ünvanı: sadiq_alakbarov@cbar.az

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *