Mərkəzi Bank yenidən tender elan etdi
Azərbaycan Respublikası Mərkəzi Bankı (MB) yenidən tender elan edib.
Report-un xəbərinə görə, buna səbəb MB-ya məxsus binalarda istismar olunan isitmə-soyutma, havalandırma, su-kanal, digər sistem və qurğulara dövri texniki qulluğun göstərilməsinin satınalınması üçün elan edilən tenderin baş tutmaması olub. Buna görə də bank yenidən açıq tender elan edib.
Tender proseduru martın 15-də Mərkəzi Bankda keçiriləcək. İddiaçılar tender təkliflərini və tender təklifinin bank təminatını möhürlənmiş, imzalanmış ikiqat zərfdə martın 14-dək, digər tələb olunan sənədləri isə ən geci martın 2-dək təqdim etməlidirlər.
Mənbə:> Report.az