Dünyanın ən hündür binasının Dubayda ucaldılması planlaşdırılır » AzNews.info -Xəbər portalı

Dünyanın ən hündür binasının Dubayda ucaldılması planlaşdırılır

Dünyanın ən hündür binasının Dubayda ucaldılması planlaşdırılır


Layihənin dəyəri bir milyard dollara yaxındır.

“Emaar Properties” inşaat şirkəti Dubayda dünyannı ən hündür binasını ucaltmaq niyyətindədir.

Oxu.Az “The Guardian”a istinadən xəbər verir ki, bina 828 metr hündürlüyü olan “Burc Xəlifə”ni geridə qoyacaq.

“Emaar Properties” baş icraçı direktoru Məhəmməd Alabbar bəyan edib ki, layihənin dəyəri bir milyard dollara yaxın olacaq.

O, yeni binanın yekun hündürlüyünün bir qədər sonra elan ediləcəyini bildirib. İcraçı direktor, həmçinin şirkətin Dubayın Beynəlxalq Expo sərgini qəbul etdiyi zaman, “şəhərə 2020-ci il hədiyyəsi” kimi təqdim etmək istədiyini də qeyd edib.

Layihənin dizayneri ispan-isveçrə memarı Santyaqo Kalatrava Valsdır.

Göydələndə restoranlar, mehmanxanalar və baxış meydaçası olacaq.

Xatırladaq ki, dünyanın ən hündür tikilisi sayılan “Bürc Xəlifə” göydələninin inşaatı 2010-cu ilin yanvarında başa çatıb. Onun hündürlüyü 828 metrdir, inşaatı 1,5 milyard dollara başa gəlib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *