Bloomberg: Neft Qarabağdakı münaqişəyə görə ucuzlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bloomberg: Neft Qarabağdakı münaqişəyə görə ucuzlaşır

Bloomberg: Neft Qarabağdakı münaqişəyə görə ucuzlaşır


Neft satışı üzrə bir aylıq minimum fonunda Rusiya rublu ucuzlaşmağa və zəifləməyə davam edir, dövlət səhmləri isə ucuzlaşır.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg”in analitikləri yazır.

Aprelin 5-də səhər dollar Rusiya rublu ilə müqayisədə bahalaşıb və 1 dollar üçün 69.4440 rubl həddinə çatıb, bu isə rublun 3,5 maddə dəyərinin düşməsi deməkdir, nəşr yazır.

ABŞ və Avropa mərkəzi banklarının riskli aktivlərə dair yumşaq siyasəti sayəsində mart ayında rublun dəyəri 12 faiz artmışdı, amma onun möhkəmlənməsinə dair ümidlər Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlaması ilə yox oldu.

Nəşr yazır ki, erməni və Azərbaycan liderlərinin münaqişənin tammiqyaslı müharibəyə keçəcəyi, bu müharibəyə regionun bütün dövlətlərinin, o cümlədən Rusiya, Türkiyə və İranın da cəlb oluna biləcəyinə dair bəyanatlarına dünya bazarı neftin ucuzlaşması ilə reaksiya verib.

“Bloomberg”in analitikləri, həmçinin qeyd ediblər ki, Qarabağ probleminin həll edilməməsi ilə əlaqədar bütün ölkələr iqtisadi sabitlik baxımından yeni risk fazasına keçid alırlar və beynəlxalq bazarlar bunu nəzərə almaya bilməzlər.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *