Ölkədə nə qədər avtomobil qeydiyyatdadır?
Ölkədə hazırda 1 milyon 300 mindən artıq avtomobil qeydiyyatdadır.
Bunu ATV.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Ötən il ölkə ərazisində 1 milyon 340 min avtomobil qeydiyyata alınıb. Onların da 740 mini Bakıdadır. Şöbə rəisi deyir ki, əvvəlki illərə nisbətən qeydiyyata alınan avtomobillərin sayında artım müşahidə olunur. Məsələn, əvvəlki illərdə hər il təxminən 100-105 avtomobil qeydiyyata alınırdısa, ötən il bu rəqəm 32-33 min arası olub.
Ölkə ərazisində 2005-ci ildə ümumilikdə 612069 min avtomobil qeydiyyatda olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə bu rəqəm 1 milyon 291008 minə çatıb. Hər min nəfərə düşən avtomobil sayı 2005-ci ildə 72 olubsa, 2014-cü ildə bu rəqəm 137-ə çatıb. Hər 1 km şosse yoluna düşən avtomobillərin sayı 2005-ci ildə 33 olubsa, 2014-cü ildə bu rəqəm 68 olub. Hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayına gəldikdə isə, 2005-ci ildə bu rəqəm 25 olub, 2014-cü ildə isə artaraq 52-yə çatıb.
Mənbə:> ATV.az