Neftin qiymətində son hədd nə ola bilər? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neftin qiymətində son hədd nə ola bilər?

Neftin qiymətində son hədd nə ola bilər?


Son zamanlar dünyadakı neft ixrac edən ölkələrin tərəfdaşlığa getməsi, əməkdaşlıq meyllərinin artması diqqət çəkir. Bəs bu, neftin qiymətinə təsir edə bilərmi? Bu barədə iqtisadçı ekspert Pərviz Heydərov ATV.az-a açıqlamasında bildirib ki, dünya birjalarında neftin son bahalaşma tendensiyasının, yəni, onun 40 dollar səviyyəsinədək qalxması səbəbləri sırasına 3 amil daxildir:

“Birincisi, 2014-cü ilin iyun ayından bəri davam edən ucuzlaşma prosesi ərzində bir dəfə də olsun müşahidə edilməmişdi ki, hasilatçı ölkələr arasında tendensiyanı saxlamaq üçün müəyyən konsensus bir yana qalsın, adi fikir mübadiləsi və yaxud müzakirələr aparılsın. Ancaq ilk dəfə olaraq, bu ilin fevral ayının 16-da iri neft hasilatçıları olan Rusiya, Səudiyyə Ərəbistanı və bir sıra OPEK ölkələri arasında “dondurmaq” haqda söhbət və hətta razılaşma əldə olunduğu barədə məlumatlar ortaya çıxdı. Təkrar edirik ki, Rusiya və Səudiyyə Ərəbistanı arasında. Hansı ki, əvvəla bu vaxta qədər Səudiyyə Ərəbistanı sözügedən məsələ ilə bağlı həmişə Vaşinqton ilə məsləhətləşib və bu məsələdə onun yanında olub - onun diqtəsiylə durub-oturub. İkincisi də, real olaraq Suriya münaqişəsində bu iki ölkə, yəni Moskva ilə Ər-Riyad faktik olaraq, üz-üzədirlər. Sözüm bunda deyil.

Bu, nəyi göstərir? Deməli, neftin qiymətinin “döşəmə həddi” çoxdan itib. Və ABŞ-ın dünya neft bazarında hegemonluğunun qarşısını almaq üçün necə deyərlər, qruplaşmaq tələb olunur.
Bahalaşmaya zəmin yaradan ikinci amil isə ABŞ-da şirkətlərin investisiya imkanlarının hədsiz daralması ilə əlaqədar qazma qurğularının sayının kəskin sayda azalmasıdır ki, bunun da təqribən, 400-ə çatdığı deyilir. İri neft şirkətləri isə qiymətin ucuz olması səbəbindən hələ keçən ilin əvvəllərindən itki verməyə başlayıblar. Yəni, bu gün heç bir neft hasilatı ilə məşğul olan şirkət deyə bilməz ki, zərərlə işləmir. Bu, mümkün deyil.

Odur ki, neft bundan sonra kəskin bahalaşmayacaqsa da, artıq, bir də çətin ki, 30 dollardan aşağı düşsün. Bəziləri proqnoz etmişdilər ki, ucuzlaşma 20, hətta 10 dollara qədər davam edəcək. Bu cür əsassız və savadsız öncəgörmələr heç vaxt özünü 1-2 saatlıq belə olsa, doğrulda bilməzdi. O səbəbdən ki, əvvəla ABŞ dollarının alıcılıq qabiliyyəti nəzərdən qaçırılmalı deyil, ikincisi də ki, dünya iqtisadiyyatının tələbləri də axı, keçən əsrin 80-ci və 90-cı illərindəki kimi deyil. Bu səbəbdən də hesab edirəm ki, neftin qiymətinin dib nöqtəsi heç 25 ABŞ dollarını belə görə bilmədi və görə də bilməyəcək də”.

Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *